Erməni silahlıları Füzulidə yeni səngərlər qazmağa cəhd GÖSTƏRDİ
Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən xəbər verilib.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.