Müdafiə Nazirliyi Ermənistanın Kilsəkəndlə bağlı iddiasını təkzib etdi
Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edib.