Qəzada həlak olan hərbçilərimizin FOTOSU

 23:59 13.09.2023     492

Xəbər verdiyimiz kimi, bu gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Redaktor.az-ın məlumatına görə, qəzada həlak olan hərbçilərimizlə bağlı bəzi məlumatlar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Əliyev Taleh Zərdab rayon Gödəkqobu kəndindəndir.

Digər hərbçimiz Namazov Nihad isə Tovuzun Qovlar şəhərindən olduğu bildirilir (qafqazinfo).

22