Generallar "Türk Şəhidliyi" abidəsini ziyarət etdi
Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü ilə əlaqədar "Türk Şəhidliyi" abidəsini ziyarət edib.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.