Şəmistan Əlizamanlı hərbi hissədə tədbir-konsert keçirdi - FOTO

 13:04 16.09.2023     316

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir-konsert layihəsi həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir-konsert 14 sentyabr 2023-ci il tarixində Müdafiə Nazirliyinin  “N” saylı hərbi hissəsində keçirilib.

Redaktor.az xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.

Tədbirdə “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Qarabağ müharibəsi veteranı İsmayıl Həkimli və digər çıxışçılar müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Tədbir Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvər mahnılarla başa çatıb.

222