Ağdamda növbəti təxribatın qarşısı alındı

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.