"Terrorçuların hamısı Qarabağdan çıxarılacaq" - Polkovnik
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli anti-terror tədbirlərinə başlanılıb.
Bəs, anti-terror əməliyatının nəticəsi necə olacaq? Qarabağdakı terrorçuların və orada yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin hamısı torpaqlarımızdan çıxarıla bilərmi?
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışdı.
O, bildirdi ki, nəticə etibarı ilə ordan bütün Ermənistan silahlı qüvvələri çıxmalıdır:
"Qarabağda Ermənistan tərəfindən yaradılmış 10 minə qədər terrorçu var. Onlar müxtəlif silahlarla silahlanmış terrorçulardır. Bu anti-terror əməliyyatı ilə təbii ki, bu terroristlər oradan təmizlənəcək. Təmizlənəndən sonra, erməni əsilli mülki əhali Azərbaycan Respublikasının vətəndaşları qəbul edəcəksə, orada qalacaqlar. Yekun nəticə terrorçuların oradan çıxarılması olacaq. Bunun başqa variant görmürəm".
Humay İSGƏNDƏRLİ