Azərbaycan MN Qarabağdakı erməni silahlılarını təslim olmağa ÇAĞIRDI
“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri
birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
“Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyen onlara yaxın durmamağı ve hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgüclendirici ve digər texniki vasitələrlə çatdırılır”, - o vurğulayıb.