Müdafiə Nazirliyi Rusiyanın Qarabağdakı sülhməramlıları ilə operativ təmasdadır
Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti ilə operativ təmasdadır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Biz Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingenti ilə operativ əlaqə saxlayırıq və tərəfimizdən onların öz vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılır”, - mətndə qeyd olunur.
Eyni zamanda, Müdafiə Nazirliyi bir daha Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşən bölmələrini silahı yerə qoymağa və təslim olmağa çağırıb.
"Bu halda antiterror tədbirləri dayandırılacaq", - məlumatda deyilir.
Turan İSMAYIL