"Polonez" və LORA-dan istifadə etməmişik - Nazirlik
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.