Müdafiə Nazirliyi ermənilərin sülhməramlılarla bağlı iddiasını təkzib ETDİ

 00:32 20.09.2023     676

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Belə əsassız iddiaları qəti surətdə təkzib edirik", - məlumatda deyilir.