Ermənistanın Zod istiqamətindəki mövqelərinin atəşə tutulması yalandır - MN
Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.