Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçdılar
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Silah-sursat həmin kəndi yaxınlığındakı döyüş mövqeyindən aşkarlanıb.