Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edildi

 16:56 24.09.2023     371

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.

2