Rusiya MN Xankəndidəki partlayışla bağlı məlumat YAYDI
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı kontingentinin həkimləri Xankəndidə yanacaq-sürtkü materialları olan çənin partlaması nəticəsində xəsarət alan 22 sakinə yardım göstərir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibbi dəstəsi Xankəndidəki yanacaq çəninin partlaması nəticəsində xəsarət alan 22 yerli sakinə tibbi yardım göstərir”, - məlumatda deyilir.
Turan İSMAYIL