“Antiterror tədbirlərində Azərbaycan istehsalı silahlar da tətbiq edilib”

 12:39 27.09.2023     387

“30-a yaxın dövlət silah-sursat almaq üçün Azərbaycana müraciət edib”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir bildirib ki, hazırda müraciətlərin sayı artmaq üzrədir:

“Hətta ABŞ da bizdən silah alır”.

M.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən