Rusiya MN-dən Qarabağ açıqlaması

 20:31 28.09.2023     1389

Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"Rusiya sülhməramlı kontingentinin sərəncamında 117 mülki şəxs, o cümlədən 50 uşaq var. Onların yaşayışı, qidalanması və tibbi yardımı təşkil olunub", - məlumatda deyilir.

Biıdirilib ki, döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmalara uyğun olaraq, "Qarabağın silahlı qüvvələri" Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib:

"Sentyabrın 28-nə olan məlumata görə, təhvil verilib: 14 ədədə yaxın zirehli texnika., 13 ədəd avtomobil texnikası, 7 ədəd hava hücumundan müdafiə texnikası, 45 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 4,5 mindən çox atıcı silah, tank əleyhinə silahlar və MANPADS, 1,5 milyona yaxın döyüş sursatısaxlanılır".

Rusiya MN-in məlumatına görə, Bakı və Xankəndi ilə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və mülki şəxslərə münasibətdə humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən