Qarabağda memorial kompleks silah anbarı kimi istifadə olunub - VİDEO

 14:16 29.09.2023     385

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.