Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU

 16:53 05.10.2023     2228

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.