Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ZƏRƏRSİZLƏŞDİRİLDİ

 13:55 08.10.2023     334

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.