Türkiyə NATO-da ilk dəfə olaraq bu tapşırığı İCRA EDƏCƏK

 10:17 11.10.2023     328

Türkiyə ilk dəfə olaraq NATO-nun Kosovodakı sülhməramlı missiyasına rəhbərlik edir.

Redaktor.az xəbər verir ki, sentyabrın sonunda serbyönlü qüvvələrin silahlı təxribatı ilə bağlı gərginlik fonunda Türkiyə çərşənbə axşamı qismən tanınan Kosovoda (KFOR) NATO-nun sülhməramlı qüvvələrinə sədrlik edib. Komandanlığın dəyişdirilməsi barədə KFOR-un mətbuat xidməti məlumat yayıb.

Belə ki, NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin əvvəlki komandanı, italiyalı Anjelo Mişel Ristuccia Priştinada keçirilən mərasimdə səlahiyyətlərini türk generalı Özkan Ulutaşa təhvil verib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılmış KFOR missiyası ilk dəfə 1999-cu ildə yerləşdirilib və hazırda 27 ölkəni, o cümlədən altısı NATO xaricindən olan ölkəni əhatə edir. Türkiyə cəmi 4500 əsgəri ilə missiyaya ən çox töhfə verən ikinci ölkədir.(Publika)