BQXK-dan Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı AÇIQLAMA

 14:18 17.10.2023     474

Beynəlxalq Qızıl Xaş Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə mütəmadi olaraq baş çəkir.

Redaktor.az-ın məlumatına görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, saxlanma şəraitləri, onlarla rəftar qiymətləndirilir: “Saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmağa köməklik edirik. Sonuncu dəfə bu şəxslərə sentyabr ayında baş çəkilib”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən saxlanılıb.