Sülhməramlıların Qarabağda daha bir məntəqəsi BAĞLANDI

 21:09 03.11.2023     582

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində qeyd edilib.

Bildirilib ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin elektrikləşdirilməsi davam edir.