“SHXÇDX-nin müharibə iştirakçılarını həqiqi hərbi xidmətə qəbul etməsi alqışlanmalıdır”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi, 1 nəfərə isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi verilib.
Bununla bağlı Redaktor.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlum addımını təqdir edib:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına münasibətdə bu cür həssaslıq sərgiləməsi, onları həqiqi hərbi xidmətə qəbul etməsi olduqca müsbət və təqdirəlayiq tendensiyasdır.
Xarırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə də Vətn müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edib, onların bundan sonra da Vətənə hərbçi kimi xidmət etməsinə şərait yaradıb. Mən buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edir, onlara öz minnətdarlığımı bildirirəm.
Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına olan bu münasibəti digər dövlət qurumları üçün də nümunə olmalı, onlar da müharibə iştirakçılaırnın işlə təminatında aktivlik göstərməli, hər addımda bu kateqoriyadan olan vətəndaşlarımıza qayğıkeş münasibət sərgiləməlidir. Müharibə iştirakçılarına bu cür münasibət hər birimizin mənəvi borcudur.
Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi qulluğa qəbul edilən şəxlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Humay İSGƏNDƏRLİ