Bu hərbçilərin Azərbaycana gəlməsinə QADAĞA
Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə LRT informasiya agentliyi məlumat yayıb.
Belə ki, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova, həmçinin separatçı Cənubi Osetiya, Abxaziya və Dnestryanıya səyahət qadağası qoyulması təklif edilib.
Qərara əsasən, hərbi qulluqçular, həmçinin, Respublika Xarici İşlər Nazirliyinin getməməyi tövsiyə etdiyi və ya dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrə gedə bilməyəcəklər.
Düzəlişlərin 2024-cü ilin yanvarında qüvvəyə minməsi gözlənilir.