Hərbçilərlə bağlı qanun layihələrinə dəyişiklik onların pensiya təminatının ziyanınadırmı? - Deputat AÇIQLADI

 14:50 05.12.2023     632

"Ötən 1 həftə ərzində insanlar “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi ilə bağlı müraciətlər edirlər".

Redaktor.az xəbər verir ki, bunu layihə ilə bağlı keçirilən dəyirmi masada Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, həmin insanlar tərəfindən layihə ilə bağlı müxtəlif suallar olub:

"Sual olunur ki, müzakirəyə çıxarılan sənəd ordunun uzun on illər fədakarlıqla xidmət edən və 2020-ci ildə bizi Zəfərə gətirən hərbi qulluqçuların gələcək pensiya təminatının ziyanınadırmı? Axşam gedən xəbərlərdə də əhaliyə geniş məlumat veriləcək ki, əsla ziyanına deyil. 2024-cü ilin 1 yanvarına qədər 17 il hərbi xidmət keçmiş şəxslər, həmçinin 44 günlük vətən müharibəsində olan hərbçilərimiz məhz indi qüvvədə olan şərtlərlə təqaüdə çıxa biləcəklər. Bu şərtlər onların indiki təminatına təsir etməyəcək".

Humay İSGƏNDƏRLİ