Kirayə qaldığı evdə meyiti tapılan hərbçinin FOTOSU
Xəbər verildiyi kimi, dekabrın 3-də Salyan şəhərində Azərbaycan ordusunun iki hərbçisi - Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Rüfət Oruc oğlunun dəm qazından ölüb. Onların meyitlərini tanışları aşkar ediblər və hadisə barədə məlumat veriblər.
Redaktor.az faciəvi şəkildə dünyasını dəyişən 28 yaşlı hərbçi – Rüfət Ağaməmmədovun fotosunu təqdim edir.
Qeyd edək ki, hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.(Publika)