Polkovnik yeni yaradılacaq hərbi kolleclərdən danışdı

 16:31 15.12.2023     458

“Yeni hərbi kolleclərin yaradılması Prezidentimizin Azərbaycanın təhlükəsizliyinə olan qayğıkeş münasibətinin təzahürüdür”.

Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Ekspert qeyd edib ki, Prezidentin Fərmanı əsasında üç hərbi kollecin yaradılması ölkəmizdə peşəkar hərbi kadrların hazırlanması prosesinə böyük töhfə verəcək:

“Ulu Öndər Heydər Əliyevin dövründən ölkəmizdə peşəkar mili kadrların hazırlanmasına önəm verilib. Hələ sovet dövründə milli hərbi kadrların yaradılmasına xüsusi diqqət yetirən Heydər Əliyev müstəqillik dövründə bu sahədə daha böyük və sistemli işlərə imza atıb. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində isə Azərbaycan peşəkar hərbi kadrların hazırlığı məsələsində bütün regionda lider dövlət mövqeyinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə üç hərbi kollecin yaradılması prosesi dövlətimizin başçısının Azərbaycanın təhlükəsizliyinə olan qayğıkeş münasibətinin təzahürüdür. Bu Fərman hərbi kadr bazamızın daha da genilənməsinə səbəb olacaq. Yeni hərbi kolleclərin yaradılıması gənclərin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəlməsinə də müsbət təsir göstərəcək ki, bu da vətənimizin etibarlı müdafiəsi baxımından zəruridir.

Mən hərbi kolleclərin yaradılmasını alqışlayır, bu kolleclərdə təhsil alacaq gənclərimizə uğurlar arzulayıram”.