Müdafiə Nazirliyində vacib TOPLANTI

 13:20 16.12.2023     526

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.