"Məncə heç bir hərbçi bu illərin sayının artırılmasını istəməz" - Tahir Kərimli hərbçilərlə bağlı qanuna etiraz etdi
Deputat Tahir Kərimli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin əleyhinə səs verəcək.
Redaktor.az xəbər verir ki, deputat bunu Milli Məclisin bu gün keçirilən iclasında deyib.
“Belə bir vaxtda bu qanuna ehtiyac yox idi. Düzdür, deyilir ki, yaxşı istiqamətdə hər şeyi dəyəişəcək, amma məncə heç bir hərbçi bu illərin sayının artırılmasını istəməz. Mən qanunun əleyhinə səs verəcəm”,- deyə deputat əlavə edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Tahir Kərimlinin təklifləri varsa, təqdim edə bilər.
Humay İSGƏNDƏRLİ