"Orduda peşəkar kadrlara ehtiyac var" - Siyavuş Novruzov
“Azərbaycan ordusu müasir dünya standartlarına uyğun qurulub”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Peşəkar kadrların olmağına ehtiyac var. Cənab prezidentin son fərmanında da 3 yeni məktəbin yaradıldığını gördük. Ordunun sosial təminatı da həmişə diqqət mərkəzindədir. Qanun mövcud vəziyyətə tam cavab verir”,- deyə o bildirib.
Humay İSGƏNDƏRLİ