Laçında qəzada həlak olan hərbçilər dəfn edildi
Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçular dəfn olunub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Yol qəzasında həlak olan hərbi qulluqçumuz, gizir İsmayılov Həsən Ümid oğlunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.
28 yaşlı gizir ailəli olub, 2 övladı var.
Allah rəhmət etsin!