Hikmət Mirzəyevin yeni vəzifəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, H.Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların komandanlarından biri olub.