Prezident onu nazir müavini təyin etdi

 11:08 13.01.2024     1430

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə Hidayət Əzimov təyin edilib.

Artıq yeni nazir müavini ilə bağlı məlumat nazirliyin saytındakı müvafiq bölmədə yerləşdirilib.

Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Bu təyinata qədər o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən