Dəniz komandolarımız Türkiyədə - VİDEO

 18:00 16.01.2024     170

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər.

Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə - Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, Fransa, İran, Kamerun, Şimali Kipr, Koreya, Liviya, Malayziya, Meksika, Niger, Pakistan, Polşa, Rusiya, Serbiya, Sudan, Tunus və Yəməndən olan şəxsi heyət və hərbi attaşelər iştirak ediblər.

Təlimlərə 17 min şəxsi heyətlə yanaşı, 110 suüstü gəmi, 7 sualtı qayıq, 27 təyyarə, 22 helikopter və 22 pilotsuz uçuş aparatı qatılıb.