Zakir Həsənov həmkarına başsağlığı verdi

 12:18 17.01.2024     169

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı verib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, yanvarın 17-də təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopteri qəzaya uğrayıb.