Hərbçilərlə bağlı yeni qanun hazırlanacaq

 14:58 17.01.2024     443

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Bildirilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə yeni qanunun layihəsini hazırlamalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən