Polkovnik Cəlil Xəlilov bir qrup veteranla görüşdü

 17:33 17.01.2024     471

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 17 yanvar 2024-cü il tarixində bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş əsnasında veteranları maraqlandıran suallara cavan verən sədr müavini, veteranlar qarşısında duran yeni vəzifələrdən danışıb. 

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar ön cəbhədə olduğu kimi, arxa cəbhədə də fəal olmalı, milli maraqlarımızı qətiyyətlə müdafiə etməli, Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam etməlidirlər.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında mütəmadi şəkildə veteranlarla analoji görüşlər keçirilir, müharibə iştirakçılarını maraqlandıran məsələlər müzakirə olunur.