Müdafiə Nazirliyindən AÇIQLAMA: "Ermənilər Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb"

 12:03 02.02.2024     1409

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

Redaktor.az nazirliyin feysbuk səhifəsinə istinadən xəbər verir ki, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.

Bildirilib ki, Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.

Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.

2