Tovuzda yaşayış məntəqəsi atıcı silahlardan atəşə tutuldu

 08:55 13.02.2024     488

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Vumart və Güvən reklamı Vumart Güvən