Məhv edilən erməni hərbçilərin adları AÇIQLANDI
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən və Azərbaycan Ordusu tərəfindən məhv edilən 4 erməni hərbçinin adlarını açıqlayıb.
Redaktor.az bu barədə "news.am"a istinadən xəbər verir.
Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərinin adları aşağıdakılardır:
Eduard Arutyunyan (1974-cü il təvəllüdlü)
Qaqik Manukyan (1982-ci il təvəllüdlü)
Arsen Ambardzumyan (1979-cu il təvəllüdlü)
Qraçya Ovannisyan (1957-ci il təvəllüdlü)
1988-ci il təvəllüdlü Rostam Baqişoviç Vardanyan isə xəsarət alıb, vəziyyəti orta ağır qiymətləndirilir, hazırda həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
T.İSMAYIL