Erməni hərbçi qəfil öldü
Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə "aysor.am" məlumat yayıb.
Bildirilib ki, fevralın 12-də, ilkin məlumatlara görə, könüllü, 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryan qəfil vəfat edib.
Qeyd olunur ki, ölümün hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün araşdırma aparılır.
Xatırladaq ki, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatına cavab olaraq Nerkin Xan rayonu (Sünik rayonu) ərazisində yerləşən düşmən mövqelərini darmadağın edib. Nəticədə düşmənin 4 hərbçisi məhv edilib. Onlar aşağıdakılardır:
Arutyunyan Eduard Hamletoviç (1974),
Manukyan Qaqik Varazdatoviç (1982),
Ambartsumyan Arsen Qagik (1979),
Oqanesyan Qraçya Talışeviç (1957).
1988-ci il təvəllüdlü Rostam Baqişoviç Vardanyan isə xəsarət alıb.
Turan İSMAYIL