Azərbaycan istehsal etdiyi silahların gücünü dünyaya göstərdi - Vətən Müharibəsi Qəhrəmanı

 18:36 22.02.2024     345

Azərbaycan Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra bütün dünyaya istehsal etdiyi silahların gücünü və dəqiqliyini göstərdi.

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev söyləyib.

Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, Azərbaycan dövləti nə qədər güclü olsa da, Qələbəni əldə edən onun əsgəridir. Məhz Müdafiə Sənayesi Nazirliyi bu sahədə silsilə tədbirlər həyata keçirir və belə tədbirləri keçirməkdə davam edəcək.

“Məqsədimiz Azərbaycan gəncinin texniki işlərinin maarifləndirilməsi, onların vətənpərvər ruhda böyüməsi və ən əsası seçdiyi peşədən asılı olmayaraq Vətən üçün müsəlləh əsgər olaraq yetişdirilməsidir”, - deyə qazi Qəzənfər Ağayev əlavə edib (Azərtac).