Hərbçilərimiz Türkiyə ordusunun Tədris Mərkəzində olublar

 15:28 24.02.2024     332

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi Tədris Mərkəzində olublar.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib.