Antiterror əməliyyatında məhv edilən ermənilərin son SAYI
Ötən il sentyabr döyüşlərində Qarabağda 181 erməni hərbçi ölüb.
Redaktor.az bildirir ki, bununla bağlı Ermənistan Hərbi Personalın Sığorta Fondu məlumat yayıb. Məlumatda 11 nəfərin də itkin düşdüyü qeyd edilir.
Qeyd olunur ki, bu günə qədər 12 hərbçi üçün ailələrə kompensasiya ödənilib. Daha 52 ailəyə isə aylıq ödəniş ediləcək.
Xatırladaq ki, Azərbaycan Ordusu ötən ilin 19-20 sentyabr tarixlərində Xankəndi və işğal altındakı digər şəhərlərdə anititerror əməliyyatı keçirib /metbuat.az/.