Polkovnik həbsdə qaldı
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi, polkovnik Mirzə Cəlilov barəsindəki həbs qərarından şikayət verilib.
Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan edilib.
Hakim birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu aşkar etməyib. Bu səbəbdən M.Cəlilovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb. O, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib (qafqazinfo).