Laçında azan əsgərimizlə bağlı yeni XƏBƏR VAR
Laçın istiqamətində əlverişsiz hava şəraiti səbəbindən azan əsgərimizi erməni hərbçilər saxlayıb.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin sosial əmək nazirliyinin keçmiş rəhbəri Mesrop Arakelyan sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, Azərbaycan əsgəri Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanılıb. Həmçinin, məlumatda daha bir əsgərin qaçdığı bildirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda hərbi qulluqçumuz Pənahov Ruslan Eldəniz oğlunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
İlahə HÜSEYNLİ