Pakistanda keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir

 10:03 23.03.2024     498

Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir.

Redaktor.az xəbər verir ki,, 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə milli bayram qeyd olunur.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı qüvvələri tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.