Fransa Ermənistanı yeni müharibəyə təhrik etmək istəyir - DTX rəisi AÇIQLADI
"Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışında bildirib.
"İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan razılaşmanı həzm edə bilməyən Fransa və bəzi qərb dövlətlərinin bu dəfə başqa taktika seçdiyi müşahidə olunur. Hazırda rəsmi Paris tərəfindən Ermənistanda yeni hərbi missiya yaradılması açıq şəkildə Ermənistanı yeni müharibəyə təhriketmə niyyətlərindən xəbər verir", - deyə DTX rəisi əlavə edib.
T.İSMAYIL