Ermənistan Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastrukturun yaradılması üçün intensiv işlər aparır

 20:14 04.04.2024     560

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır.

Redaktor.az xəbər verir ki, bu barədə "Caliber.az" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir. Paşinyanın “sülh gündəmi” belədir.